 
							Mən British Academy-nin köməyi ilə Avropa İttifaqının qədim və mehriban olan Polşanın Lublin şəhərində 2-ci ali təhsilimə davam etmək üçün şans əldə etdim.
Şirkətlə tanışlığım qısada olsa mənə böyük köməkləri olmuşdur. Natiq bəyin və əməkdaşlarının təşkilatçılığı ilə Maria Curia Sklodovska universetinin Beynalxalq Elaqələr ixtisasına magistrant kimi daxil oldum.
Mən British Academy ilə əməkdaşlıq etmiş birisi kimi sizə təhsiliniz ilə bağlı atdımları bu gözəl heyət ilə davam etdirməyi tövsiyyə edirəm
Uğurlar !
 
							2020 - ci ildən etibarən İngilis dili səviyyəmi yüksəltmək üçün British Academy-a yazıldım. Pandemiya və bir sıra qlobal çətinliklər dərs prosesinə mənfi təsir etmədi. British Academy-nın və müəlliməm Aysel xanımın gözəl tədris və metodikası sayəsində rahat formada fikirlərimi ifadə edir, xarici vətəndaşlatla ünsiyyət qura bilirəm. Başda Aysel xanım olmaqla bütün kollektivə minnətdaram. Sadə və sürətli British Academy metodu doğrudan da işə yarayır)
 
							Mən 2016-cı ilin Avqust ayından "British Academy" kurslarına yazıldım və Mühasibatlıq kursları keçmək üçün dərslərə başladım. Kursda həm Milli Mühasibatlıq nəzəriyyə həm də 1C proqramını öyrənmək arzusunu bildirdim və kurs tərəfdən mənə gözəl şərait yaradıldı. Kollektivin gülərüzlüyü, peşəkarlığı və xoş munasibəti insana çox xoş gəlir. Müəllimlər hər qayğını göstərir və dərslər yüksək səviyyədə keçirilir. Əldə etdiyim biliklərdən və göstərilən münasibətdən çox razı qaldım və öz təşəkkürümü bildirirəm
Səməndərzadə Səbinə
 
							Öyrənmə prosesi maraqlıdır və mən bu metoddan çox razıyam. Professional, gülərüz müəllim və British Academy kollektivi hər zaman tələbələrin köməyinə çatır. Rahat və sürətli metod ilə tez bir zamanda istədiyim İngilis dili səviyyəsinə gəldiyim üçün British Academy kollektivinə təşəkkür edirəm.
Camal Zeynallı
 
							British Academy mərkəzini ilk dəfə yaxın dostum məsləhət gördü. Yaxşı ki, onu dinlədim və Ofis proqramları dərslərinə yazıldım. 3 ay müddətində Əfsanə müəllimin tələbəsi oldum və proqramı peşəkar səviyyədə öyrəndim. Əfsanə müəllimin, ümumiyyətlə, British Academy komandasının tələbələrə qarşı səmimi münasibəti, fərdi yanaşması və tələbələrin hər birinin fikirlərinə önəm verməsi təqdirə layiqdir.
Kənan Nəbiyev
 
							Mən Əfəndiyev Murad British Academy kursu ilə dostlarımın tövsiyyəsi sayəsində tanış oldum. Mən çox şadam ki, öz komputer biliklərimi bu məkanda zənginləşdirdim və Əfsanə xanım kimi müəllimənin şagirdi oldum. Yenidən görüşmək ümidi ilə British Academy!
Murad Əfəndiyev
 
							Mən İbrahimova Nərmin, özümüz və qrup adından Əfsanə müəlliməyə və British Academy'ə öz minnətdarlığımızı bildiririk.
Nərmin İbrahimova, Nuranə Səbzəliyeva, Hümbətov Nicat, Mürşüdov Sahib
Nərmin İbrahimova
 
							Başda Səbinə müəllimə olmaqla, burda olan bütün müəllimlərə minnətdarlıq və təşəkkür edirəm. British Academy mənə dil biliyini inkişaf etdirməklə yanaşı, daha sosyal olmağı öyrətdi. Çox təşəkkürlər!
Emelya Cabbarzadə
 
							Səbinə müəlliməni və öyrətmə metodunu çox bəyəndim. Bu kursu seçdiyim üçün çox şadam. Səbinə müəllimə, sevilirsiniz!
Aytac Mamedova
 
							Mən Emil İbrahimzadə. İlk olaraq qeyd etmək istəyirəm ki, həm qəbul olduğum universitetdə ixtisasım ingilis sektoru olduğu üçün, həm də İngilis dili zamanımızın vazkeçilməz dili olduğu üçün mənim də bu dilə yiyələnməyimin vacib olduğunu düşündüm. Dostlarımın məsləhəti ilə British Academy'ə müraciət elədim. Təhsil aldığım 9 ay müddətində çox mehriban, gülərüz və səmimi olan Gülmira müəllimə mənə müəllimlik etdi. Həm də çox yaxşı dost oldu. Məndə yaratdığı gözəl təəssüratlara görə, qazandırdığı dostlara və xüsusən biliyə görə British Academy kursuna, kursun üzvlərinə və xüsusən Gülmira müəllimə təşəkkürlərimi bildirirəm!
Emil İbrahimzadə
 
							5 ayın sonunda B1 sertifikatı ala bildiyim üçün British Academy'ə və ən əsası İlahə xanıma dərin təşəkkürümü bildirirəm.
Fidan Cəbrayıllı
 
							Çox sevinirəm ki, bura gəlmişəm.
Ayan
 
							İlk öncə, dəyərli Nigar müəlliməyə təşəkkürümü bildirirəm. Səmimi və mehriban kollektivə minnətdaram. Təhsil aldığım müddətdə bir çox yeni şeylər öyrəndim. Bu müsbət dəyişikliklər indidən həyatımda özünü göstərir. Thank you so much for everything.
 
			 
                                         
	 
										 
										 
										 
										 
							 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										 
										