Haqqımızda

English UK Akreditasiyasından keçmiş Azərbaycan şirkəti

British Academy – Keyfiyyətli Təhsilin Ünvanı

"English UK" akkreditasiyasından keçmiş Azərbaycandakı yeganə təhsil mərkəzi olaraq British Academy 2014-cü ildən bəri fəaliyyət göstərir. Bu müddətdə 20,000-dən çox tələbə məzun olmuş, 30+ korporativ şirkətlə əməkdaşlıq qurulmuşdur.

British Academy uzunmüddətli qiymətləndirmə prosesindən sonra rəsmi TOEFL və TOEIC Beynəlxalq İmtahan Mərkəzi statusu qazanmışdır.

Keyfiyyət prinsipinə sadiq qalaraq təhsil sahəmizi daim genişləndirir, tələbələrə ən müasir öyrənmə imkanları təqdim edirik. Xaricdə təhsil istəyənlər üçün xüsusi hazırlıq proqramları vasitəsilə tələbələrimizin xarici universitetlərə qəbul şansı artır.

Mərkəzimiz Cambridge Assessment English, Duolingo və British Council kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir və bu sayədə tələbələr yüksək səviyyədə hazırlıq və sınaq imtahanlarında iştirak imkanı əldə edirlər.

MİSİYAMIZ

British Academy olaraq məqsədimiz hər bir tələbəyə beynəlxalq standartlara uyğun, effektiv və nəticəyönümlü dil təhsili təqdim etməkdir. Biz insanların həyatını dəyişən bilik və bacarıqlar qazandıraraq onların həm akademik, həm də professional inkişafını dəstəkləyirik. Dərslərimizi innovativ metodika, praktik yanaşma və fərdi öyrənmə modeli ilə təşkil edərək hər kəsin öz dil hədəfinə daha tez və rahat çatmasını təmin edirik.


VİZYONUMUZ

Hədəfimiz Azərbaycanda və regionda ən etibarlı, modern və keyfiyyətli dil tədrisi mərkəzlərindən birinə çevrilməkdir. British Academy daim yeniləşən tədris metodları, texnologiyalar və peşəkar mühitə əsaslanaraq tələbələr üçün motivasiyaedici, təhlükəsiz və yüksək nəticə verən bir öyrənmə ekosistemi yaratmağı qarşısına məqsəd qoyur. Gələcəkdə hər kəs üçün əlçatan, güvənilən və ilham verən bir təhsil markası olmaq əsas prioritetimizdir.


DƏYƏRLƏRİMİZ

1. Keyfiyyət

Yüksək tədris standartları və real nəticələrə yönəlmiş yanaşma ilə fəaliyyət göstəririk.

2. Fərdi Yanaşma

Hər tələbənin öyrənmə tərzi unikaldır — dərsləri məhz tələbənin ehtiyac və səviyyəsinə uyğunlaşdırırıq.

3. Effektivlik

Qısa zamanda maksimum nəticə əldə etməyə fokuslanan metodlardan istifadə edirik.

4. Peşəkarlıq

Təcrübəli, yenilikçi və davamlı inkişaf edən müəllim heyətimizlə yüksək keyfiyyətli tədris təqdim edirik.

5. Yenilikçilik

Müasir texnologiyalar, interaktiv dərslər və innovativ metodlarla öyrənmə prosesini daha maraqlı edirik.

6. Güvən

Şəffaflıq, məsuliyyət və verilən sözə sadiqlik bizim əsas dəyərlərimizdəndir.

7. Motivasiya və Dəstək

Tələbələr üçün rahat, təşviqedici və inkişaf yönümlü öyrənmə mühiti yaradırıq.

Bizim

Üstünlüklərimiz

Böyük Britaniyada hazırlanmış British Academy kitabları ilə ingilis dilini öyrənmək indi daha asandır. Mərkəzimizdə ingilis dili dərsləri British Academy’yə məxsus kitablar əsasında tədris edilməyə başladı. Bu kitablar British Academy’nin sifarişi ilə Böyük Britaniyada Beynəlxalq Xüsusi Metodika əsasında hazırlanmışdır.

MÜƏLLİMLƏR

Böyük təcrübəyə malik yüksək ixtisaslı müəllimlər, 8-8,5 balla IELTS sertifikatlarına malikdirlər.

DƏRSLƏR

3-6 tələbədən ibarət olan qrup dərsləri və ya fərdi dərslər

XÜSUSİ TƏKLİF, KAMPANİYALAR

Sərfəli qiymətlər, mövsüm və bayram endirimləri

RAHATLIQ

Bütün lazımi avadanlıqlarla təchiz olunmuş yüksək səviyyəli sinif otaqları

KLUBLAR

Həftəlik 22 saatlıq İngilis dilində danışıq klubları! Üstəlik, 2 saat workshop və 1 saat dinləmə dərsi

İMKANLAR

Ödənişsiz dərs vəsaitləri və hər gün təşkil olunan danışıq klublarında iştirak

Tərəfdaşlar