SAT nədir?

02.06.2023

 

SAT (Scholastic Aptitude Test) imtahanı Azərbaycanda ADA Universiteti, Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada universitetlərində və kolleclərində bakalavr təhsili almaq istəyənlər üçündür.

 

SAT imtahanının strukturu necədir?

SAT imtahanı SAT 1 SAT 2 olmaqla iki hissəyə bölünür

SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir.

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir.

Müraciət etmək istədiyiniz universitetin şərtlərinə əsasən SAT 1 və ya SAT 2 imtahanında iştirak edirsiniz.

 

SAT imtahanına hansı səviyyədən hazırlaşmaq lazımdır?

SAT hazırlığı üçün minimum B2 səviyyə tələb olunur.

 

İmtahana hazırlıq müddəti nə qədərdir?

Hazırlıq 6-8 ay müddətində davam etməktədir.

 

SAT sertifikatının yararlılıq müddəti nə qədərdir?

Sertifikat Amerika universitetləri üçün 5 il, Türkiyə universitetləri üçün isə 2 il müddətində keçərlidir.