British Academy artıq TOLES imtahan mərkəzidir!

22.04.2025

British Academy artıq TOLES imtahan mərkəzidir!

TOLES nədir?

TOLES (Test of Legal English Skills) beynəlxalq hüquqşünaslar və hüquq tələbələri üçün ixtisaslaşdırılmış hüquqi ingilis dili səviyyəsini dəyərləndirən dünya standartıdır.

TOLES imtahanı 3 fərqli səviyyədə təklif olunur. Bu, sizə hüquq sahəsində təcrübənizə və bacarıq səviyyənizə uyğun seçim etmək imkanı yaradır:

✅ TOLES Foundation
✅ TOLES Higher
✅ TOLES Advanced

TOLES-in üstünlükləri

✔ 2000-ci ildən etibarən uğurlu vəkillər və hüquq tələbələri üçün dünyanın aparıcı hüquqi ingilis dili sertifikatıdır və bu sahədə bilik səviyyənizi təsdiqləməyə imkan verir.
✔ IELTS, TOEFL və digər beynəlxalq imtahanlardan fərqli olaraq, TOLES sertifikatı müddətsizdir – bir dəfə əldə etdikdən sonra ömür boyu keçərlidir.

TOLES sertifikatı ilə:

✅ Hüquqi ingilis dili biliklərinizi artıraraq beynəlxalq səviyyədə hüquq təhsilinizi davam etdirə bilərsiniz.
✅ Hüquq şirkətləri və beynəlxalq təşkilatlarda iş imkanı əldə edərək karyera inkişafınıza nail ola bilərsiniz.
✅ Beynəlxalq hüquqi layihələrdə iştirak edə bilərsiniz.