Xaricdə təhsil
Təhsil sərhəd tanımır!
Akademik uğur hər universitet və ixtisas üzrə fərqlidir. Xaricdə təhsil dedikdə isə çoxlarının ağlına ilk olaraq ABŞ, Kanada, İngiltərə, Almaniya, Polşa və son illərdə Türkiyə gəlir. Bu ölkələrdə həm dövlət, həm də özəl universitetlər fəaliyyət göstərir və hər birinin qəbul tələbləri fərqli ola bilər.
Tələbələrin bu ölkələrdə ali təhsilə üstünlük verməsinin bir çox səbəbi var. Xaricdə yaşamaq təcrübəsi qazanmaq, fərqli mədəniyyətlərlə tanış olmaq və dünyaca tanınan universitetlərdə oxumaq bu səbəblərin başında gəlir. Xüsusilə beynəlxalq reytinqlərdə üst sıralarda yer alan universitetlərdə təhsil almaq tələbələrin ən böyük arzularından biridir.
Xaricdə təhsil alan tələbələrin şəxsi və peşəkar inkişafında böyük irəliləyişlər müşahidə olunur. Ən önəmli məqamlardan biri də odur ki, tələbələr hansı ölkədə oxumağından asılı olmayaraq, təhsillərini xarici dildə davam etdirirlər. Bu isə onların dil bacarıqlarını və qlobal əmək bazarında rəqabət qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırır.
British Academy, dünya reytinqinə daxil olan ilk 1000 universitet arasında 100-dən çox ali təhsil müəssisəsi ilə birbaşa əməkdaşlıq edir. Bu da tələbələrin uyğun universitetlərə yönləndirilməsi və qəbul prosesində dəqiq və etibarlı dəstək almalarına şərait yaradır.
Ətraflı məlumat üçün +994 50 283 97 99
