Polşada Təhsil

Polşada Təhsil

Polşa təhsil sistemi yüksək peşəkarları maarifləndirmək üzrə 650 illik bir tarixə malikdir.

ütün dünyada yüksək İşə götürənlər tərəfindən, Polşada təhsil alan mütəxəssisləri yüksək qiymətləndirirlər. Xüsusilə Polşa həkim, mühəndis, memar və İT mütəxəssisləri ilə məşhurdur, lakin digər sahələr üzrə məzunlar da qlobal iş bazarında rəqabətə tam hazır hesab olunurlar.

Müxtəlif universitetlərin müxtəlif sənəd qəbulu proseslərindən asılı olaraq ərizə forması doldurulur. Adətən ərizə formasını doldurmaq, İngilis dili biliklərinin (adətən TOEFL) nəticələrini sübut edən sənəd, eləcə də orta məktəbin (və ya kollec/universitet) transcript əlavə etmək lazımdır. Bakalavr təhsili almaq üçün IELTS və ya TOEFL imtahanı nəticəniz yoxdursa, 1 il foundation keçməklə təhsil ala bilərsiniz. İncəsənət məktəbləri, eləcə də bəzi fiziki təhsil şöbələri əlavə qabiliyyət imtahanları təşkil edir. Bakalavr təhsili 3-3,5 il davam edir. Texniki elmlər, kənd təsərrüfatı və iqtisadiyyat 3,5-4 il davam edir. Magistr təhsili almaq üçün isə, bakalavr dərəcəsi və IELTS və ya TOEFL imtahanı nəticəsi yetərlidir. Magistr təhsili 1.5 və ya 2 ildir.

Sistemin keyfiyyəti bütün Polşa ali təhsil müəssisələrinə nəzarət edən Dövlət Akkreditasiya Komitəsi tərəfindən təmin olunur. Komitənin nəzarət nəticələrinə görə, 80%-dan artıq Polşa universitetləri yaxşı reytinq qazanır.

Polşa sürətli iqtisadi inkişaf prosesinə məruz qaldığına baxmayaraq, yaşayış dəyəri hələ də AB ölkələri ilə müqayisədə xeyli aşağıdır. Yaşayış, qidalanma, nəqliyyat və s. xərcləri əhatə etmək üçün 200-400 avro kifayət edər. Əyləncə və digər tədbirlərdə iştirakın dəyəri də AB ölkələrindən çox aşağıdır. Tədqiqatların əsas dəyəri də çox münasibdir.

Polşa digər Avropa ölkələrinin əksəriyyətindən daha təhlükəsiz hesab edilir. Hətda çox təhlükəsiz hesab edilən Skandinaviya ölkələrində, cinayət dərəcəsi Polşa ilə müqayisədə çox yüksəkdir.

Bəzi Polşa Universitetləri:

  • Kozminski Universiteti (Kozminski University)
  • Lazarski Universiteti (Lazarski University)
  • Lodz Tibb Universiteti (Medical University of Lodz)
  • Poznan İqtisadiyyat Universieti (Poznan University of Economics)
  • Poznan Tibb Elmləri Universiteti (Poznan University of Medical Sciences)
  • Dizayn Məktəbi (School of Form)
  • Lodz Texniki Universiteti (Technical University of Lodz)
  • Poznan İncəsənət Universiteti (University of Arts in Poznan)
  • İnformasiya Texnologiyası və İdarəetmə Universiteti (Uinversity of İnformation Technology and Management)
  • Lodz Universiteti (University of Lodz)
  • Wroclaw Universiteti (University of Wroclaw)
  • Vistula Universiteti (Vistula University)
  • Varşava Təbii və Humanitar Elmlər Məktəbi (Warsaw School of Science and Humanities – SWPS)
  • Varşava Texnologiya Universiteti (Warsaw University of Technology)
  • Wroclaw Texnologiya Universiteti (Wroclaw University of Technology)