Kurs barədə

İngilis dili

“British Academy Azerbaijan” Azərbaycandakı şirkətlər və təşkilatlar üçün müxtəlif dil kursları təklif edir:

  • Biznes ingilis dili kursu

Bu kursun əsas məqsədi işgüzar ingilis dilinin öyrənilməsidir və işguzar ingilis dilini inkişaf etdirmək istəyən şəxslər üçün uyğundur. Bu kurs vasitəsilə siz ümumi ingilis dili biliklərini möhkəmləndirə,  qrammatik biliklərini inişaf etdirə  və söz ehtiyatlarını artıra biləcəksiniz. Bu kurs həmçinin Cambridge Business English Certificate (“BEC”) imtahanına  hazırlaşan tələbələr üçün uygundur.

  • Texniki ingilis dili kursu

Bu kurs, əsasən, aşağıdakı sahələri əhatə edir: texniki terminologiya, müştəri/iş yoldaşları ilə ünsiyyət, neft və qaz sənayesinin tendensiyaları, layihələrin idarə edilməsi. Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib, və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək.

  • Ümumi ingilis dili kursu

Bu kurslar ingilis dili üzrə əsas dörd bacarığın inkişaf etdirilməsi üçün nəzərdə tutulub: danışıq, dinləmə, oxuma və yazma. Ümumi ingilis dili kursunda siz, həmçinin, akademik və işguzar ingilis dilinizi inkişaf etdirəcəksiniz.

  • Yazı inkişafı üzrə ingilis dili kursu

 Bu kurs vasitəsilə yazı, akademik dinləmə, araşdırma, tənqidi düşüncə və digər bacarıqlara yiyələnə bilərsiz.

İngilis dili üzrə ixtisaslaşdırılmış xüsusi kurslar:

İxtisaslaşdırılmış xüsusi kurslar xarici dili biznes, neft, tibb, hüquq və digər ixtisaslaşdırılmış istiqamət və sahələrdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. Bu kursları keçmək istəyən tələbələrin müəyyən bilik səviyyəsi (3-cü səvyyə və daha yüksək) olmalıdır.

Standart kurslar

Müxtəlif dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş bu kurslara yaşından asılı olmayaraq hər kəs yazıla bilər. Dərslər sınaq testlərinin nəticələrinə əsasən müxtəlif səviyyəli qruplarda və ya fərdi qaydada keçirilir. Hər bir səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər.

Tədris 4 əsas nitq vərdişlərinin harmonik və sistematik inkişafına istiqamətləndirilmişdir: dinləmə qabiliyyəti, oxuma, yazma və şifahi nitq. İngilis dili dərsləri həftədə 4  dəfə biri danışıq dərsi (conversation club) olmaqla 1 saat müddətində keçirilir. Conversation Club həftənin şənbə və bazar günləri Amerikalı mütəxəssislər tərəfindən təşkil olunur (DVD/CD materiallarla).

İNGİLİS DİLİ KURSLARI

GENERAL ENGLISH

Dünya standartlarına uyğun olaraq (TEFL – Teaching English as a Foreign Language) ingilis dilinin tədrisi 6 mərhələdən ibarətdir. Bizim Tədris mərkəzində bu standartlara uyğun olaraq ingilis dili 6 mərhələdə tədris olunur.

Kurs barədə

Kurslar üzrə qiymətlər
Kursun növü Dərsin müddəti Həftəlik dərs Hər mərhələnin davam etmə müddəti Aylıq ödəniş
Qrup (Standart) 90 Dəqiqə 2+1 1-1.5 Ay 89 AZN
Fərdi (Standart) 60 Dəqiqə 2+1 1-1.5 Ay 219 AZN
Qrup (Intensiv) 90 Dəqiqə 3+1 1 Ay 129 AZN
Fərdi (İntensiv) 60 Dəqiqə 3+1 1 Ay 319 AZN

Qeyd: 18:00-dan sonra olan dərslərə qrup şəklində 10 AZN fərdi isə 20 AZN əlavə ödəniş nəzərdə tutulub