Son illərdə Türkiyədə Təhsil almaq istəyən tələbələrin sayı günbəgün artmaqdadır, ələxsus da azərbaycanlı tələbələrin
Bu da səbəbsiz deyil. İstər təhsilin keyfiyyəti, istər universitetlərinin artıq dünyada reytinq qaznamağa başlamaları, istərsə də bizim ölkəyə həm məsafə, həm də adət-ənənə olaraq yaxınlığı buna təsir edir. Azərbaycanlı tələbələri cəlb edən amillər isə çoxdur.
Birinci amil: Türkiyədə təhsilin yüksək inkişafı və bundan tələbələrin yararlana bilməsi;
İkinci amil: Dövlət Universitetlərində illik təhsil haqqının çox münasib olması;
Üçüncü amil: Qonşu ölkə olması, yaşayış xərclərinin az olması və Viza prosedurunun Azərbaycan vətəndaşları üçün asan olması;
Dördüncü amil: Təqaüd alma şansının olması;
Beşinci amil: Adət-ənənəmizin, mədəniyyət və incəsənətimizin və nəhayət dilimizin çox yaxın olması;
Bu vacib amilləri nəzərə alan tələbələrimiz Türkiyə Universitetlərində təhsil almaq istəyirlər.
Türkiyə Universitetlərinə necə qəbul olmaq olar?
Türkiyə Universitetləri də bizim Universitetlər kimi Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərinin demək olar ki, hər birinin öz şərtləri vardır. Qəbul Attestat və ya transfer yolu ilə də mümkündür. Ümumiyyətlə, Bakalavr təhsili almaq üçün SAT və ya YÖS imtahanlarından biri verilməlidi. Magistr təhsili üçün isə ALES imtahanı tələb olunur.
Bakalavr təhsil müddəti 4 ildir. Dil nəticəsi olmayanlar 1 il əlavə hazırlıq keçməlidirlər. Ümumiyyətlə, Türkiyədə 172 universitet vardır. Bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə texnikumdur. Xarici tələbələrin Türkiyədə bakalavr oxumağı üçün hal-hazırda 5 seçənək təklif olunur:
1. TCS – Türk dövlətlərindən Türkiyədəki ali təhsil qurumlarında təqaüdlü təhsil almaq istəyən tələbələr üçün təşkil edilən imtahandır.
2. YÖS – Bu imtahan son 2 ildə artıq ümümi bir imtahan deyil,daha çox bəzi universitetlərin öz nəznində keçirdiyi bir imtahana çevrilib. YÖS imtahanında iştirak etmək istəyənlər birbaşa universitetlə əlaqəyə girib qeydiyyatdan keçib, universitetin öz daxilində vəya seçilmiş mərkəzlərində imtahan verməlidirlər.
3. TQDK – YÖS imtahanı keçirməyən bir çox universitet TQDK-dan toplanan balla tələbə qəbul edir. Bu bal universitetlərin reytinqinə görə dəyişir. Ümumi olaraq çox universitet tələbənin seçdiyi ixtisasın olduğu qrup üzrə keçid balını keçməyi(bunlar əsasən aşağı reytinqli universitetlərdir) tələb qoyur. Normal bir universitetdə oxumaq üçün isə TQDK-dan 400-450 arası bal toplamaq lazımdır. Daha yüksək reytinqli universitetlər, məsələn ODTU kimi universitetlər 550-600 arası bal tələb edirlər.
4. SAT – Demək olar ki hər universitet SAT imtahanı ilə tələbə qəbulu təşkil edir. Belə ki, prestijli Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və əlavə olaraq TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilis dilli proqramlara aid olur.
5. ATTESTAT- Türkiyədə təhsil almağın bir digər və ən asan yolu YALNİZ ATTESTATLA təhsildir. Yuxarıda qeyd olunan ilk
Türkiyədə magistr təhsili almaq üçün ilk öncə 4 illik bakalavr təhsilini bitirmək lazımdır. Türkiyədə magistratura pilləsi üçün ALES imtahanında iştirak edib, o imtahandan topladığınız balla universitetlərə müraciət edə bilərsiniz. Həm ingilis, həm də türk dilində təhsil ala bilərsiniz. Əsasən 2 illikdir. İngilis dilində təhsil almaq istəyənlər əlavə olaraq TOEFL və ya IELTS nəticəsi təqdim etməlidirlər. İngilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 6 IELTS nəticəniz olmalıdır.
Attestatla qəbul ola biləcəyiniz universitetlərin bəziləri:
1. Adıyaman Universiteti
2. Adnan Menderes Universiteti
3. Afyon Kocatepe Universiteti
4. Ahi Evran Universiteti
5. Aksaray Universiteti
6. Amasya Universiteti
7. Ardahan Universiteti
8. Artvin Çoruh Universiteti
9. Atatürk Universiteti
10. Bartın Universiteti
11. Bayburt Universiteti
12. Bingöl Universiteti
13. Bitlis Eren Universiteti
14. Bozok Universiteti
15. Bursa Orhangazi Universiteti
16. Bülent Ecevit Universiteti
17. Cumhuriyet Universiteti
18. Çanakkale 18 Mart Universiteti
19. Dumlupınar Universiteti
20. Celal Bayar Universiteti
21. Erzincan Universiteti
22. Erzurum Teknik Universiteti
23. Eskişehir Osmangazi Universiteti
24. Gaziantep Universiteti
25. Gaziosmanpaşa Universiteti
26. Gümüşhane Universiteti
27. Karadeniz Teknik Universiteti
28. Kastamonu Universiteti
29. Kırıkkale Universiteti
30. Kırklareli Universiteti
31. Mustafa Kemal Universiteti
32. Nevşehir Universiteti
33. Niğde Universiteti
34. Ordu Universiteti
35. Uşak Universiteti
36. Yüzüncü Yıl Universiteti
37. Pamukkale Universiteti