Böyük Britaniyada ali təhsil bakalavr, magistr və doktorantura pillələrinə bölünür.
Bakalavr pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır.
Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər.
Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə verə bilməyən digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb olunurlar.
Əcnəbi tələbələr
Hər universitetin özünəxas qəbul şərtləri mövcuddur. Edilən hər müraciət ayrı dəyərləndirilir. Tələbənin niyyət məktubu, qiymət ortalaması və ingiliscə səviyyəsi önəmlidir. TQDK imtahanı olmadan bakalavr təhsili, GRE, GMAT imtahanları olmadan magistr təhsili ala bilərsiniz. Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada Baza (Foundation) proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS imtahanından keçmək barədə sertifikatı yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza proqramına qəbul apararkən TOEFL və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki qrupa bölmək olar:
– Universitetlərin nəzdində fəaliyyət göstərən Baza proqramları;
– Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları.
Universitet nəzdində fəaliyyət göstərən proqramlar, adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür.
Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ universitet, ixtisas və tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə bilər.
Dil bilmə Səviyyəsi: İngiltərədə bakalavr və magistr təhsili almaq istəyən şagirdlərin dil səviyyələri yüksək olmalıdır. IELTS, TOEFL imtahanlarından lazımı balı almış olmaları lazımdır.
- Foundation: Minimum IELTS 4.5
- Diplom: Minimum IELTS 5.0
- Bakalavr: Minimum IELTS 5.5
- Pre-Master: Minimum 5.5
- Magistr: Minimum 6.0
- Bakalavr Müraciətlərində: Tələbələrin orta məktəb qiymətləri, niyyət məktubu, IELTS ya da TOEFL imtahan nəticəsi.
- Magistr Müraciətlərində: Tələbələrin bakalavr qiymətlərinin ortlamasının minimum 60 faiz olmağı vacibdir. Niyyət məktubu və IELTS ya da TOEFL imtahan nəticəsi.
Məcburi İmtahanlar: Bakalavr və Magistr oxumaq istəyənlər mütləq beynəlxalq dil imtahanından yetərli bal almaq məcburiyyətindədirlər. Bu imtahanların ən məhşur və etibarlı olanları TOEFL və IELTS-dir. Bu imtahanlar ölkəmizdə də keçirilir.
Diplomun tanınması: İngiltərədə prestijli və köklü universitetlər yerləşir və bunlar Təhsil Nazirliyi tərəfindən tanınırlar.
İşləmək Hüququ: Universitet təhsili kimi uzun müddətli proqramlarda vizanızı aldığınız andan etibarən qanuni işləmək haqqınız vardır. Üniversitetdə oxuyursunuzsa, bu icazə həftədə 20 saatdır. Paket proqramlarda isə unversitet öncəsi alınan təhsillərdə işləmək hüququ yoxdur.
Müraciət Vaxtları: Bir çox prestijli universitetlər üçün payız semesteri müraciətləri Yanvar-Fevral aylarında bitir. Amma universitet öncəsi fərqli bir proqram alacaq tələbələr üçün 3 ay əvvəl də müraciətlər gerçəkləşə bilər. İstənilən halda bir ay öncəsinə qədər müraciət etdiyiniz təqdirdə, kontenjanlar dolmamış universitetlərə yerləşdirmə şansınız da mövcuddur.
Bakalavr və Magistr üzrə təhsil təklif edən univeristetlərdən bəziləri:
- Wales International Study Centre
- Sussex Universiteti
- Royal Holloway Universiteti
- University of Leicester
- Stirling Universiteti
- Trinity College Dublin – Dublin Universiteti
- Surrey Universiteti
- Liverpool JMU
- Heriot WATT Universiteti
- Lancaster Universiteti
- Huddersfield Universiteti
- Keele Universiteti
- Kingston Universiteti
- Ulster Universiteti
- Aberystwyth University
- Anglia Ruskin University
- Bangor University
- Bournemouth University
- University of Chester
- Brunel University
- Dundee University
- European Business School
- University of East Anglia
- University Of East London
- University of Glamorgan
- Glasgow Caledonian University
- University of Greenwich
- University of Hertfordshire
- University Of Huddersfield
- London Metropolitan University
- London Southbank University
- Newcastle University
- Nottingham Trent University
- Oxford Brookes University
- University of Plymouth
- University Of Portsmouth
- Queen’s University Belfast
- University Of Salford
- Southampton Solent University
- Sterling University
- University Of Strathclyde
- University of Sunderland London Campus
- Swansea University
- University of Westminster
- University of Bath
- University of Bedfordshire: Luton and Bedford
- University of Birmingham
- University of Bradford
- University of Bristol
- Canterbury Christ Church University, Canterbury
- University of Chichester
- De Montfort University, Leicester
- University of Derby
- University of Edinburgh
- University of Essex
- University of Exeter
- University of Glasgow
- University of Kent, Canterbury and Medway
- University of Liverpool
- Queen Mary, University of London
- Loughborough University
- Manchester Metropolitan University
- Middlesex University, London
- Napier University, Edinburgh
- University of Reading
- Robert Gordon University, Aberdeen
- University of Sheffield
- Sheffield Hallam University
- University of Southampton
- Staffordshire University, Stoke-on-Trent
- University of Surrey, Guildford
- University of West London: Ealing, Slough and Reading