Yay Düşərgələri

Yay Düşərgələri

Dərs ilinin bitdiyi bir vaxtda valideynlər övladlarının yayı tətilini səmərəli və aktiv keçirməsi üçün xaricdə yay düşərgələrinə üstünlük verirlər.

Dərs ilinin bitdiyi bir vaxtda valideynlər övladlarının yayı tətilini səmərəli və aktiv keçirməsi üçün xaricdə yay düşərgələrinə üstünlük verirlər. Beləliklə, Xaricdə Yay Düşərgələri vasitəsilə uşaqların həm dünya görüşü dəyişib inkişaf edir həm də xarici dil biliklərini artırırlar. Gənc yaşlarda xaricdə yay düşərgələrinə getməklə uşaqlar müxtəlif mədəniyyətlərdən olan insanlarla tanış olub onların mədəniyyətlərini kəşf edir və yeni dostlar qazanırlar. Erkən yaşlarda qazanılan bu təcrübə uşaqların gələcək həyatda özlərinə inam və hadisələrə müxtəlif aspektlərdən baxmağa imkan verəcək.

Almaniya, Böyük Britaniya, Malta, İspaniya, Fransa, Macarıstan, Çexiya, Rusiya, İtaliya, Polşa və Amerika kimi bir çox ölkələrdə Yay Düşərgələri təşkil olunur. Ölkələr tələbə və valideynlərin istəyindən asılı olaraq seçilə bilər.

Ölkələr üzrə Yay düşərgələri proqramları:

Yay düşərgələri tələbələrin dil səviyyəsini inkişaf etdirmək üçün müxtəlif fəaliyyət növləri təşkil olunur. Tələbələr əylənərək öyrənəcək və öz bacarıqlarını inkişaf etdirəcəklər. Fərqli yaş qrupları üçün təşkil olunan Yay Düşərgələrində tələbələrin bir-birilə rahat ünsiyyət qurması və daha rahat hiss etmələri üçün hər bir şərait yaradılmışdır.

Yay Düşərgələrində yerləşmə, uşaqlara nəzarət və tələbələrin bütün ehtiyaclarının ödənilməsi üçün hər bir şey düşünülmüşdür.