Ukrayna

Ukrayna

Ukraynada ali təhsil tam ümumi orta təhsil əsasında həyata keçirilir.

Bundan başqa, kiçik mütəxəssislər hazırlayan ali təhsil müəssisələrinə ümumi baza orta təhsilli şəxslər qəbul edilə bilərlər.

Ukrayna universitetləri çox güclü akademik kadra malikdir. Bir tələbəyə düşən professor sayı avropanın çox ölkələrindən yüksəkdir. Ukrayna universitetləri Lissabon müqaviləsinə görə Avropa Şurasına daxil olan ölkələrdə və Təhsil Nazirliyi tərəfindən tanınır. Bu müqaviləyə əsasən tələbələrin avropanın digər ölkələrinə də transfer olmaq imkanları vardır.

Ukraynada bakalvr təhsili 4 il (3 il 10 ay), Maqistr 2 akademik il (1 il 10 ay) davam edir. 3 dildə təhsil almaq mümkündür. Bunlar: ingilis, ukrayna və rus dilləridir. Universitetləri dünyada yetərincə məşhurdur. Kiyev və Xarkov universitetləri bunlara nümunədir. Ukraynada təhsil haqqlarının böyük bir hissəsi dövlət tərəfindən qarşılanır, ona görə də təhsil haqqları 2000-4000 $ arasıdır. Ukrayna universitetləri tələbələrə ucuz yataqxana da təklif edir. Çox universitetin illik yataqxana xərcləri 500 dolları keçmir. Tələbələrin aylıq yemək, nəqliyyat, cib xərcliyi daxil 350-400$ arası təşkil edir. Ukraynanın universitet qəbul qaydaları avropanın digər ölkələri ilə müqayisədə daha asandır.

Ukrayna və ya Rus dillərində təhsil almaq istəyən xarici tələbələr  bir il hazırlıq kursu keçir. Tədris 1 sentyabrdan 31 İyuna kimi uzanır. Beynalxalq tələbələr Ukrayna vətəndaşları kimi Ukraynada ali təhsil üçün eyni qayda və təlimatlarıni əməl etməlidirlər.

Bir çox digər Avropa ölkələrindən fərqli olaraq, Ukraynada ali təhsil nisbətən səmərəli və sərfəli qiymətədir. Ukraynada əyani oxuya bilməyənlər üçün daha geniş qiyabi təhsil imkanları mövcuddur.

Ukraynada ali təhsil müəssisələrinə daxildir: texnikum (məktəb), kollec, institut, konservatoriya, akademiya, universitet və s.

Ali təhsil müəssisələri üçün akkreditasiyanın dörd səviyyəsi təyin edilmişdir:

  1. Birinci səviyyə — texnikum, məktəb, onlara bərabərləşdirilmiş başqa ali məktəblər;
  2. İkinci səviyyə — kollec, onlara bərabərləşdirilmiş başqa ali məktəblər;
  3. Üçüncü və dördüncü səviyyələr — institut, konservatoriya, akademiya, universitet.

2006-cı ildən başlayaraq, Ukraynanın ali təhsil məktəblərinin tələbələrinin bilikləri 0-dan 100-ə qədər bal cədvəli üzrə qiymətləndirir. Bu qiymətləndirilmələr aşağıdakı qaydada 4-bal cədvəlinə çevrilə bilər:

  • 90-dan 100-ə qədər — “əla”
  • 70-dən 89-a qədər — “yaxşı”
  • 60-dan 69-a qədər — “kafi”
  • 0-dan 59-a qədər — “qeyri-kafi”

2011-ci ilin məlumatına görə Ukraynada 83 dövlət ali təhsil və təxminən 3000 şəxsi ali məktəb müəssisəsi var. Ukraynanın aparıcı ali təhsil müəssisələri:

  1. Taras Şevçenko adına Kiyev milli universiteti;
  2. Kievo-Moqilyanskaya akademiyası;
  3. V.N. Karazin adına Xarkov milli universiteti;
  4. İvan Franko adına Lvov milli universiteti;
  5. Kiyev politexnik institutu.

Bəzi Xarkov Universitetləri:

* Xarkov Milli Aviasiya Universiteti

* Xarkov Milli İqtisad Universiteti

* V.N. Karazin adına Xarkov Milli Universiteti

* Xarkov Milli Tibb Universiteti

* Xarkov Milli Texniki Universiteti