Macarıstanda Təhsil

Macarıstanda Təhsil

Macarıstanda ali təhsilin qədim tarixi vardır. Macarıstanda ilk universitet 600-dən çox il bundan əvvəl yaradılmışdır.

Macarıstan diplomları dünyada yüksək nüfuza sahibdir.

Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan, bütün Avropada tələbələrin seçdiyi ölkələrdəndir. Macarıstanda universitet təhsili almaq olduqca asandır. Universitet imtahanına ehtiyac olmadan, Macarıstanın ən prestijli universitetlərində Tibb, Əczaçılıq, Müdəndislik, Menecment və bir çox sahələrdə bakalavr və magistr təhsili almaq mümkündür. Üstəlik təhsil İngilis dilindədir. Macarıstan universitetləri keyfiyyətli təhsil və prestijli diplom təqdim etməkdədir.

Təhsil xərcləri

Macarıstanda ictimai elmlər və ya mühəndislik sahələrinin illik təhsil haqqı 3500 Avro; tibb, diş həkimliyi və əczaçılıq sahələrində isə, illik universitet ödənişləri 9500 Avro ətrafındadır. Bu ödənişlər bir çox xaricdə təhsil variantlarıyla müqayisədə çox sərfəlidir.

Təhsil Sistemi və Qəbul şərtləri

Xarici tələbələr standart olaraq ilk mərhələdə Universitet Hazırlıq Proqramına (International Foundation Year) qəbul edilərlər. Tibb və digər elmlər olmaqla, 2 fərqli universitetdə hazırlıq proqramı həyata keçirilir. Universitet hazırlıq proqramında tələbələrə İngilis dili dərsləri ilə yanaşı, seçdikləri sahə üzrə yazılı və şifahi dərslər də verilir. Hazırlıq proqramını müvəffəqiyyətlə bitirən tələbə, təhsil almaq istədiyi ixtisasa qəbul edilir.

Macarıstan təhsil sistemində, hazırlıq sinifindəki tələbələrin əvvəlcədən qəti qərar verib bir ixtisas seçmələrinə ehtiyac yoxdur. Hazırlıq proqramları müəyyən elm budaqlarına ayrılmışdır(Pre-medicine, Pre-Engineering, Pre-Business və s.). Foundation proqramlarına qəbul olmaq üçün İngilis dili səviyyəniz ən az orta səviyyədə (Intermediate) səviyyəsində olmalıdır. İmtahanda müvəffəqiyyətli olan tələbələr, hazırlıq sinifinə qəbul edilir. Həm İngilis dili, həm də elm dərsləri çox yaxşı olan tələbələr, sentyabr ayında universitetdə təşkil edilən azad imtahanda iştirak edə bilərlər. Azad imtahanından keçə bilən şagirdlər, hazırlıq ili oxumağa ehtiyac qalmadan başlaya bilərlər.

Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir.

Yerləşmə

Bəzi universitetlər yataqxana variantı təklif etsə də, Macarıstanda təhsil alan tələbələrin birinci seçimi sərfəli və daha rahat olması səbəbiylə ev kiralamaqdır.

Həyat xərcləri

Macarıstanda bir tələbənin aylıq yemək, nəqliyyat, cib xərcliyi və ictimai ehtiyacları üçün xərcləyəcəyi miqdar 350-400 avro təşkil edir. Bir çox tələbə və valideyn, xaricdə alınan təhsili əlavə xərc kimi qəbul edir. Halbuki Azərbaycanda təhsil alan tələbələrin də olduqları şəhər və ictimai mühitə görə dəyişən xərcləri var. Xüsusilə böyük şəhərlərdə oxuyan tələbələrin bu xərclərinin, xariclə müqayisədə daha yüksək olması danılmazdır.

Azərbaycanda təhsil almağın da bir xərci olduğunu unutmayın!

Əməkdaşlıq Etdiyimiz Universitetlərin bəziləri:         

  1. Dunaujvaros Universiteti (College of Dunaujvaros)
  2. Budapeşt Corvinus Universiteti (Corvinus University of Budapest)
  3. Duna Beynəlxalq Kolleci (Duna International College)
  4. Eötvös Lorand Universiteti (Eötvös Lorand University)
  5. Beynəlxalq Biznes Məktəbi (Budapeşt) (International Business School(Budapest))
  6. Debreken Universiteti (University of Debrecen)
  7. Peks Universiteti (University of Pecs)
  8. University of Applied Sciences, Budapest (BKF);
  9. Andrássy University;
  10. Szent István University (SZIU);
  11. Central European University (CEU)