Kurs barədə

İngilis dili

Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır.

“British Academy Azerbaijan” Azərbaycandakı şirkətlər və təşkilatlar üçün müxtəlif dil kursları təklif edir:

Texniki ingilis dili kursu Bu kurs, əsasən, aşağıdakı sahələri əhatə edir: texniki terminologiya, müştəri/iş yoldaşları ilə ünsiyyət, neft və qaz sənayesinin tendensiyaları, layihələrin idarə edilməsi. Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib, və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək. Ümumi ingilis dili kursu Bu kurslar ingilis dili üzrə əsas dörd bacarığın inkişaf etdirilməsi üçün nəzərdə tutulub: danışıq, dinləmə, oxuma və yazma. Ümumi ingilis dili kursunda siz, həmçinin, akademik və işguzar ingilis dilinizi inkişaf etdirəcəksiniz. Yazı inkişafı üzrə ingilis dili kursu Bu kurs vasitəsilə yazı, akademik dinləmə, araşdırma, tənqidi düşüncə və digər bacarıqlara yiyələnə bilərsiz. İngilis dili üzrə ixtisaslaşdırılmış xüsusi kurslar: İxtisaslaşdırılmış xüsusi kurslar xarici dili biznes, neft, tibb, hüquq və digər ixtisaslaşdırılmış istiqamət və sahələrdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. Bu kursları keçmək istəyən tələbələrin müəyyən bilik səviyyəsi (3-cü səvyyə və daha yüksək) olmalıdır. Standart kurslar Müxtəlif dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş bu kurslara yaşından asılı olmayaraq hər kəs yazıla bilər. Dərslər sınaq testlərinin nəticələrinə əsasən müxtəlif səviyyəli qruplarda və ya fərdi qaydada keçirilir. Hər bir səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər. Tədris 4 əsas nitq vərdişlərinin harmonik və sistematik inkişafına istiqamətləndirilmişdir: dinləmə qabiliyyəti, oxuma, yazma və şifahi nitq. İngilis dili dərsləri həftədə 4 dəfə biri danışıq dərsi (conversation club) olmaqla 1 saat müddətində keçirilir. Conversation Club həftənin şənbə və bazar günləri Amerikalı mütəxəssislər tərəfindən təşkil olunur (DVD/CD materiallarla).

Kurs barədə

Kurslar üzrə qiymətlər
Kursun növü Dərsin müddəti Həftəlik dərs Davam etmə müddəti Qiymət
Qrup (Standart) 90 Dəqiqə 2 2 Ay 75 AZN
Fərdi (Standart) 90 Dəqiqə 2 2 Ay 150 AZN
Qrup (Intensiv) 90 Dəqiqə 3 1-2 Ay 95 AZN
Fərdi (İntensiv) 90 Dəqiqə 3 1-2 Ay 195 AZN