Kurs barədə

Alman dili

Qısa zamanda mükəmməl Alman dili biliklərinə yiyələnmək və bu dili yüksək səviyyədə öyrənmək üçün kurslarımıza müraciət edin! Alman dili ümumilikdə 6 səviyyədən ibarətdir: A 1 səviyyəsində Siz müəyyən istəklərinizi dilə gətirmək üçün tanış ifadə və cümlələri, gündəlik həyatda işlənən sözləri anlayır və deyirsiniz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz. Ünsiyyətdə olduğunuz şəxs yavaş və aydın danışırsa, siz onunla sadə şəkildə fikir mübadiləsi aparırsınız. A 2 səviyyəsində Gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü barəsində, ailəsi haqqında, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız. Sadə dildə ifadə olunan müəyyən mövzulara dair məlumatları çatdırmaq, özünüz, təhsiliniz, yaxınlarınız haqqında danışmaq, başqalarına sual vermək bacarığına maliksiniz. B 1 səviyyəsində Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız. Alman dilli ölkələrə səyahətlə bağlı müxtəlif vəziyyətlərdə fikrinizi ifadə edə bilir, Sizi maraqlandıran müxtəlif, tanış mövzularda olan məlumatları sadə şəkildə açıqlayırsınız. Arzu, təcrübə, məqsəd və ümidlərinizi, baş verənləri təsvir edə bilir, öz fikrinizi və gələcək planlarınızı paylaşır və onları əsaslandırırsınız. B 2 səviyyəsində Mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız. Dil daşıyıcıları ilə ünsiyyətdə çətinlik çəkmədən kifayət qədər sərbəst danışırsınız. Geniş mövzu çərçivəsində aydın və dəqiq məlumat vermək, problemə öz nöqteyi-nəzərinizi açıqlamaq, müxtəlif variantların üstün və çatışmayan cəhətlərini təsvir etmək qabiliyyətinə maliksiniz. C 1 səviyyəsində Müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız. Dili təhsildə və professional fəaliyyətdə effektiv və düzgün istifadə edirsiniz. Mətnin qurulması üçün lazım olan müxtəlif strukturlardan istifadə edərək çətin mövzularda aydın, dəqiq və məntiqi fikir söyləyirsiniz. C 2 səviyyəsində Demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Deyilən və yazılan bir neçə mənbəyə əsaslanaraq məntiqli mətnlər qurur və fikir söyləyərkən mövzuya aid əsaslandırmalar və açıqlamalar söyləyirsiniz. Çətin mövzularda düşünmədən, yüksək dəqiqlik və səlistliklə, məna çalarlarını qeyd edərək danışırsınız. Hər bir səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər. Müraciət üçün bizimlə əlaqə saxlaya bilərsiniz: Telefon: (+994 12) 492-07-92 (+994 12) 497-62-97 Mobil: (+994 55) 212-41-51 (+994 70) 279-75-17 (Whatsapp)

Kurs barədə

Kurslar üzrə qiymətlər
Kursun növü Dərsin müddəti Həftəlik dərs Hər mərhələnin davam etmə müddəti Aylıq ödəniş
Qrup A1 90 Dəqiqə 2 2 Ay 80 AZN
Fərdi A1 90 Dəqiqə 2 2 Ay 150 AZN
Qrup A2 90 Dəqiqə 2 2 Ay 90 AZN
Fərdi A2 90 Dəqiqə 2 2 Ay 160 AZN
Qrup B1 90 Dəqiqə 2 2 Ay 100 AZN
Fərdi B1 90 Dəqiqə 2 2 Ay 170 AZN
Qrup B2 90 Dəqiqə 2 2 Ay 110 AZN
Fərdi B2 90 Dəqiqə 2 2 Ay 180 AZN
Qrup A1 90 Dəqiqə 3 1-2 Ay 130 AZN
Fərdi A1 90 Dəqiqə 3 1-2 Ay 220 AZN
Qrup A2 90 Dəqiqə 3 1-2 Ay 140 AZN
Fərdi A2 90 Dəqiqə 3 1-2 Ay 225 AZN
Qrup B1 90 Dəqiqə 3 1-2 Ay 160 AZN
Fərdi B1 90 Dəqiqə 3 1-2 Ay 240 AZN
Qrup B2 90 Dəqiqə 3 1-2 Ay 160 AZN
Fərdi B2 90 Dəqiqə 3 1-2 Ay 250 AZN

Qeyd: 18:00-dan sonra olan dərslərə qrup şəklində 10 AZN fərdi isə 20 AZN əlavə ödəniş nəzərdə tutulub